...

Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır

Dünya xəbərləri Materials 28 Fevral 2020 18:25 (UTC +04:00)
Gürcüstan Yerüstü Nəqliyyat Agentliyi fevralın 28-dən başlayaraq İrana və İtaliyaya sərnişin və yük daşımaları üçün icazələrin verilməsini dayandırır
Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstan Yerüstü Nəqliyyat Agentliyi fevralın 28-dən başlayaraq İrana və İtaliyaya sərnişin və yük daşımaları üçün icazələrin verilməsini dayandırır.

Trend bu barədə agentliyə istinadən məlumat verir.

Qeyd olunub ki, bu iki ölkə istiqamətində hazırda etibarlı olan icazələr də qüvvədən düşmüş hesab edilir.

Xatırladaq ki, bu gün Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

Virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti