Bakı. Trend:
Şimali Koreya rəhbəri Kim Çen İn Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar prezident Mun Çje İnə dəstək məktubu ünvanlayıb.
Trend-in məlumatına görə, bunu Cənubi Koreya prezidentinin nümayəndəsi Yun Do Han brifinq zamanı bildirib.
Məktubda deyilir ki, Kim Çen İn Cənubi Koreya prezidentinin səhhətindən narahatlıq duyur:
“Mən inanıram ki, Cənubi Koreya virusun öhdəsindən gələcək”.
Cənubi Koreya Prezidentinin buna cavab olaraq təşəkkür məktubu göndərdiyi qeyd edilib.