Bakı. Trend:
NATO koronavirus təhlükəsi ilə əlaqədar Brüsseldəki mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırıb.
Trend-in məlumatına görə, Alyans əməliyyatlarda iştirak etmiş hərbçilərinə tibbi baxış keçirir.
Bundan başqa, NATO rəhbərliyi jurnalistlərə müraciət edərək soyuqdəymə simptomları olanların mənzil-qərargaha gəlməmələrini xahiş edib.