...

Rusiyada məktəblər bağlanır

Dünya xəbərləri Materials 18 Mart 2020 10:28 (UTC +04:00)
Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub
Rusiyada məktəblər bağlanır

Bakı. Trend:

Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub.

Trend-in məlumatına görə, bunu ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib.

Nazir deyib ki, məktəblər martın 23-dən başlayaraq aprelin 12-dək bağlı qalacaq.

Bu müddət ərzində distant təhsilin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, Rusiyada bu günədək 114 nəfər koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti