...

Tailandda fövqəladə vəziyyət elan edilir

Dünya xəbərləri Materials 24 Mart 2020 13:15 (UTC +04:00)
Tailandda martın 26-da fövqəladə vəziyyət elan olunacaq
Tailandda fövqəladə vəziyyət elan edilir

Bakı. Trend:

Tailandda martın 26-da fövqəladə vəziyyət elan olunacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri, general Prayut Çan-Oça deyib.

O bildirib ki, bu addım Tailandda koronavirus epidemiyasının qarşısını almaq məqsədilə atılır.

Nazirin sözlərinə görə, fövqəladə vəziyyət rejimi elan olunduğu andan qüvvəyə minəcək.

Qeyd edək ki, bu günədək Tailandda 827 nəfərə koronavirusa yoluxub, 4 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti