...

İndoneziyanın ən fəal vulkanı püskürdü

Dünya xəbərləri Materials 27 Mart 2020 13:43 (UTC +04:00)
İndoneziyada ən fəal vulkan olan Merapi yenidən püskürüb
İndoneziyanın ən fəal vulkanı püskürdü

Bakı. Trend:

İndoneziyada ən fəal vulkan olan Merapi yenidən püskürüb.

Trend-in məlumatına görə, vulkan püskürməsi nəticəsində 5 kilometr hündürlüyədək kül sovrulub.

Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

Qeyd edək ki, Merapi vulkanı bu ayın əvvəlində də püskürmüşdü.

2010-cu ildə Merapinin püskürməsi nəticəsində 300-dən çox insan həlak olmuş, 280 min nəfər təxliyə edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti