...

Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 28 Mart 2020 08:42 (UTC +04:00)
Son 24 saat ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 54 nəfərə qədər yüksəlib, daha 383 nəfər sağalıb
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Son 24 saat ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 54 nəfərə qədər yüksəlib, daha 383 nəfər sağalıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata əsasən, bütün ölüm halları Hubey vilayətində qeydə alınıb. Eyni zamanda, sutka ərzində orada yeni bir yoluxma hadisəsi qeydə alınmayıb.

Epidemiya dövrü ərzində ölkədə aşkar edilmiş yoluxma hallarının ümumi sayı 81 394-ə çatıb, onlardan 74 671 nəfər sağalıb, 3 295 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti