...

Ərdoğan: Türkiyə koronavirusdan zərərçəkən ölkələrə yardım edir

Dünya xəbərləri Materials 31 Mart 2020 02:52 (UTC +04:00)
Türkiyə yeni növ koronavirusdan (COVİD-19) zərərçəkən ölkələrə yardım edir
Ərdoğan: Türkiyə koronavirusdan zərərçəkən ölkələrə yardım edir

Bakı. Trend:

Türkiyə yeni növ koronavirusdan (COVİD-19) zərərçəkən ölkələrə yardım edir.

Trned-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ətrafındakı vəziyyətlə əlaqədar millətə müraciətində deyib.

Dövlət bşaçısı qeyd edib ki, yaxın günlərdə İtaliya və İspaniyaya təyyarələrlə zəruri tibbi ləvazimatlarla göndəriləcək: "Türkiyə nə qədər güclü olsa, dostlarına bir o qədər kömək edə bilər".

T.Ərdoğan bildirib ki, Türkiyədə xəstəliyin yayılmasına qarşı mərhələli şəkildə qabaqlayıcı tədbirlər görülür.

O qeyd edib ki, Türkiyədə virusa qarşı mübarizə aparan digər ölkələrlə müqayisədə daha yaxşı tibb müəssisələri var.

Ölkə lideri vurğulayıb ki, koronavirusla əlaqədar ölkədə yeni xəstəxanalar açılır və mövcud olanlar gücləndirilir: "Virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi vasitələrdən istifadə etməyə qərarlıyıq".

T.Ərdoğan əlavə edib ki, Türkiyədə koronavirusla mübarizə çərçivəsində "Biz bize yeteriz Türkiye" adlı kampaniya başlayıb.

Türkiyə Prezidenti həmçinin özünün yeddi aylıq əməkhaqqı məbləğini xəstəliyin yayılmasına qarşı kampaniyaya bağışladığını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti