Bakı. Trend:
Dünyanın ən hündür göydələnlərindən olan və Nyu-Yorkda yerləşən 102 mərtəbəli “Empire State Building” ağ və qırmızı rənglərlə işıqlandırılıb.
Trend-in məlumatına görə, bu addım koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı həmrəylik əlaməti olaraq atılıb.
Göydələn xəstəliklə mübarizə davam edənədək bu şəkildə işıqlandırılacaq.
Qeyd edək ki, 1931-ci ildə ucaldılan “Empire State Building”in hündürlüyü 443 metr təşkil edir.