...

Litva bu ölkələrdən avtomobillərin ölkəyə girişini qadağan etdi

Dünya xəbərləri Materials 3 Aprel 2020 10:59 (UTC +04:00)
Litva koronavirus pandemiyası ilə əlaqədar olaraq Rusiya və Belarusdan minik avtomobillərinin ölkəyə daxil olmsını qadağan edib
Litva bu ölkələrdən avtomobillərin ölkəyə girişini qadağan etdi

Bakı. Trend:

Litva koronavirus pandemiyası ilə əlaqədar olaraq Rusiya və Belarusdan minik avtomobillərinin ölkəyə daxil olmasını qadağan edib.

Trend-in məlumatına görə, qadağa bu gecədən etibarən qüvvəyə minib.

Qeyd olunur ki, minik avtomobilləri Litvaya yalnız Latviya və Polşa sərhədlərindən daxil ola bilər.

Qadağa yük maşınlarının hərəkətinə şamil edilməyib.

Qeyd edək ki, bu günədək Litvada 696 nəfər koronavirusa yoluxub, 9 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti