...

Maykl Ceksonun ağ əlcəyi hərracda satıldı

Dünya xəbərləri Materials 6 Aprel 2020 08:37 (UTC +04:00)
Maykl Ceksonun ağ əlcəyi hərracda satıldı

Bakı. Trend:

Məşhur müğənni Maykl Ceksonun ağ əlcəyi ABŞ-ın Texas ştatında keçirilən hərracda satılıb.

Trend-in məlumatına görə, adının gizli qalmasını istəyən alıcı əlcəyə görə 104 031 dollar ödəyib.

Bildirilir ki, yeni sahib əlcəyin 1998-ci ildə UNİCEF-ə bağışlandığı barədə məktubu da alıb.

Xatırladaq ki, "Off the Wall" (1979), "Thriller" (1982), "Bad" (1987), "Dangerous" (1991), "HIStory" (1995) kimi milyonlarla satılan solo albomlara imza atan Cekson dünyanın "Pop Kralı" olaraq tanınıb və albomları bütün dünyada 140 milyon üzərində satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti