...

Yaponiyada 40-dan çox şirkət müflis olub

Dünya xəbərləri Materials 8 Aprel 2020 11:24 (UTC +04:00)
Bu ilin fevralından etibarən Yaponiyada azı 42 şirkət müflisləşmə prosedurunu işə salıb
Yaponiyada 40-dan çox şirkət müflis olub

Bakı. Trend:

Bu ilin fevralından etibarən Yaponiyada azı 42 şirkət müflisləşmə prosedurunu işə salıb.

Trend-in məlumatına görə, həmin şirkətlər başlıca səbəb kimi koronavirusun yayılmasını göstərib.

Müflisləşən şirkətlərin 70 faizi turizm və ictimai iaşə müəssisələri olub.

Qeyd edək ki, bu günə qədər Yaponiyada 4 257 nəfər koronavirusa yoluxub, 93 nəfər həyatını itirib.

Bu gündən etibarən paytaxt Tokioda, Osakada və digər 5 prefekturada fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti