...

Dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb

Dünya xəbərləri Materials 8 Aprel 2020 23:37 (UTC +04:00)

Bakı. Trend:

Son 24 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb, 6 mindən çox insan ölüb. Bu, əvvəlki sutka ərzində qeydə alınan göstəricidən bir qədər çoxdur. Həmin vaxtda yeni xəstəlik hallarının sayı 68 mini keçmişdi, ölümlə nəticələnən yeni halların sayı 5 mindən çox olmuşdu.

Trend-in məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya əsasən, dünyada 1 353 361 xəstələnən və 79 235 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 73 639, ölənlərin sayı isə 6 695 nəfər artıb.

Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 720 219 və 57 369 hal. Gün ərzində orada xəstələnənlərin sayı 33 881, ölüm halları isə 4 904 nəfər artıb.

Ən çox yoluxan ABŞ-da qeydə alınıb - 417 416 nəfər. Onun ardınca İspaniya (140 510), İtaliya (135 586), Almaniya (103 228) və Çin gəlir (83 157).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti