Bakı. Trend:
Materik Çində son 24 saat ərzində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Xaricdən gələn 38 nəfər, ölkədə dörd nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.
Dekabr ayından bu yana ölkədə 3 min 336 nəfər koronavirusdan ölüb, 81 min 907 xəstələnmə halı qeydə alınmışdır ki, onlardan 1 min 141-i xaricdən gətirilmişdir.
Aprelin 9-da ölkədə 47 nəfərdə asimptomatik koronavirus səbəb olan xəstəlik aşkar edilib, onlardan 14 yoluxan şəxs xaricdən gəlib. Ümumilikdə hazırda 1 min 097 asemptomatik xəstə tibbi nəzarətdədir.
Ölkənin materik hissəsində hazırda 1 min 116 nəfər tibb müəssisələrində müalicə olunur, 144 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Eyni zamanda, 77 mindən çox insan sağalıb və tibb müəssisələrini tərk edib.
Ötən ilin dekabr ayından bəri, 1 min 398 xəstələnmə halı materik xaricindəki Çin ərazilərində qeydə alınıb: Honq Konqda - 9673 (4 ölüm halı), Makaoda - 45, Tayvanda - 380 (5 ölüm halı).