...

Aleksandr Lukaşenko: Belarus sərhədləri bağlamayacaq

Dünya xəbərləri Materials 23 Aprel 2020 14:27 (UTC +04:00)

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyasına görə sərhədlərin bağlanmayacağını bildirib.

Trend-in məlumatına görə, A.Lukaşenko bunu hökumətin iclası zamanı deyib.

O bildirib ki, pandemiya fonunda Belarus üç dəhliz boyunca insanların və yüklərin hərəkətini təmin edir:

“Biz bağlanmağa hazırlaşmırıq, belə bir zərurət hələlik yoxdur. İnsanlara, yüklərə nəzarət edirik. Bu bizə asan və ucuz başa gəlmir, amma belə işləyirik”.

A.Lukaşenko deyib ki, Rusiya sərhədləri bağlayarkən, bu addım Belarus iqtisadiyyatına mənfi təsir göstərdi.

O əlavə edib ki, dünya iqtisadiyyatı dörd ay ərzində tanınmaz hala düşüb:

“İllərlə mehriban münasibət quran, sərhədləri açan müttəfiqlər bu sərhədləri bir günün içində bağladı. Bu, bütün dünyaya aiddir. İndi bütün dünya iqtisadiyyatı həll olunmamış problemin təzyiqinə məruz qalıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti