...

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

Dünya xəbərləri Materials 23 Aprel 2020 15:29 (UTC +04:00)
Bu ilin əvvəlindən ABŞ-ın borc öhdəlikləri 1,5 trilyon dollar artıb
ABŞ-ın dövlət borcu rekord həddə çatıb

Bakı. Trend:

ABŞ federal hökumətinin borc öhdəlikləri rekord həddə çatıb.

Trend-in məlumatına görə, Vaşinqtonun dövlət borcu 2020-ci ildə 24,5 trilyon dollar təşkil edib.

Qeyd olunur ki, buna koronavirus pandemiyası ilə mübarizə tədbirləri səbəb olub.

Təkcə bu ilin əvvəlindən ABŞ-ın borc öhdəlikləri 1,5 trilyon dollar artıb.

Xatırladaq ki, martın sonlarında prezident Donald Tramp koronavirusun iqtisadi fəsadları ilə mübarizə çərçivəsində yerli biznesə 2 trilyon dollar məbləğində yardım ayrılması barədə qanunu imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti