...

Cənubi Koreyada koronavirusa yeni yoluxma halları qeydə alınıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 08:31 (UTC +04:00)
Cənubi Koreyada koronavirusa yeni yoluxma halları qeydə alınıb

Bakı. Trend:

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa 6 yoluxma halı qeydə alınıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xəstəliklərə nəzarət və qarşısının alınması Mərkəzindən (KCDC) bildirilib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 708 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Qeyd edilir ki, son sutka ərzində 90 nəfər sağalıb, sağalanların ümumi sayı 8 501 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti