Bakı. Trend:
Venesuelanın qərbindəki Quanara şəhərində həbsxanaların birində baş verən iğtişaş nəticəsində 41 məhbus həlak olub.
Trend-in məlumatına görə, daha 50 nəfər yaralanıb.
Qeyd olunur ki, iğtişaş məhbuslar həbsxana ərazisindən qaçmağa çalışarkən başlayıb.
Hadisə zamanı təhlükəsizlik nümayəndələrinə qumbara atılıb. Mühafizəçilərdən 1-i ağır yaralanıb.
Bundan başqa, həbsxana direktorunun da bıçaqlandığı deyilir.