...

Yaponiyanın cənubunda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 3 May 2020 17:31 (UTC +04:00)
Yaponiyanın cənubunda güclü zəlzələ olub

Bakı. Trend:

Sakit Okeanda Yaponiyanın Kyuşu sahillərində 6,0 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin meteoroloji idarəsi bildirib.

Zəlzələnin ocağı okean qatının təxminən 10 km dərinliyində yerləşib. Yeraltı təkanları Kaqoşima, Miyazaki və Kumamoto prefekturalarının sakinləri hiss ediblər.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti