...

Rusiya ordusunda və hərbi təhsil müəssisələrində 3 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 3 May 2020 23:01 (UTC +04:00)
Rusiya ordusunda və hərbi təhsil müəssisələrində 3 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Rusiya ordusunda və hərbi təhsil müəssisələrində mayın 3-ü üçün 3 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.

Məlumata əsasən, Rusiyan Silahlı Qüvvələrində 1 254 koronavirusa yoluxma halı qeydə alınıb. Bundan əlavə, 209 yoluxma halı universitet öncəsi təhsil müəssisələrində, 1 228 yoluxma halı Müdafiə Nazirliyinin universitetlərində, 332 yoluxma halı isə mülki işçilər arasında aşkarlanıb:

"Rusiya Müdafiə Nazirliyinin həyata keçirdiyi profilaktik və karantin tədbirləri sayəsində 31 universitet öncəsi təhsil müəssisələrindən 27-də koronavirusa yoluxma halları qeydə alınmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti