...

Dövlət Departamenti İrana qarşı silah embarqosunun uzadılmasına nail olmağa çalışacaq

Dünya xəbərləri Materials 10 May 2020 03:13 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Administrasiyası diplomatiyanın köməyi ilə İrana qarşı beynəlxalq silah embarqosunun uzadılmasına nail olmağa çalışacaq.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.

M.Ortaqus bildirib: "Biz BMT-nin embarqosunun uzadılması üçün diplomatiyadan istifadə edirik. Bundan əlavə, biz heç vaxt İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İrana qarşı beynəlxalq silah embarqosunun müddəti 2020-ci ilin oktyabr ayında bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti