...

İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək

Dünya xəbərləri Materials 17 May 2020 04:46 (UTC +04:00)
İraq yeni koronavirusun pandemiyası səbəbindən səkkiz günlük komendant saatı tətbiq edilməsini elan edib
İraqda səkkiz günlük komendant saatı tətbiq ediləcək

Bakı. Trend:

İraq yeni koronavirus pandemiyası səbəbindən səkkiz günlük komendant saatı tətbiq edilməsini elan edib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Televiziya stansiyasından verilən məlumata görə, 24 saat ərzində izolyasiya rejimi mayın 22-də başlayacaq və mayın 30-dək davam edəcəkdir. Ramazan bayramını da iraqlılar izolyasiya şəraitində keçirəcəklər.

Hazırda İraqda 3 260 nəfər koronavirusa yoluxub, 121 nəfər ölüb, 2166 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti