...

ABŞ-da koronavirus pandemiyasının ikinci dalğası proqnozlaşdırılıb

Dünya xəbərləri Materials 21 May 2020 11:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da koronavirus infeksiyasının yeni dalğası payız və ya qış aylarında yarana bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin rəhbəri Robert Redfild deyib.

O bildirib ki, bu, baş verəcəyi təqdirdə ölkədə yenidən özünütəcrid rejimini tətbiq etmək zərurəti yaranacaq.

R.Redfildin sözlərinə görə, ABŞ səhiyyə sistemi bu pandemiyaya hazır olmayıb. O əlavə edib ki, gələcəkdə bu cür hadisənin qarşısının alınması üçün səhiyyə sisteminə investisiyaları iki, hətta üç dəfə artırmaq lazım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti