...

ABŞ Ticarət Nazirliyi bir sıra Çin təşkilatını "qara siyahı"ya əlavə edib

Dünya xəbərləri Materials 23 May 2020 05:58 (UTC +04:00)
ABŞ Ticarət Nazirliyi bir sıra Çin təşkilatını "qara siyahı"ya əlavə edib

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyi Çinin 33 təşkilatını "qara siyahı"ya əlavə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin press-relizində deyilir.

Bildirilir ki, 24 hökumət və kommersiya təşkilatı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyətə görə "qara siyahı"ya əlavə edilir.

Qeyd edilir ki, daha 7 təşkilat "Sintszyan-Uyğur Muxtar Rayonunda insan hüquqlarının pozulması ilə əlaqələri olduğuna görə" "qara siyahı"ya daxil ediliblər.

Digər 2 təşkilatın "qara siyahı"ya əlavə edilməsinin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti