...

Krit sahillərində 5.3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 May 2020 04:39 (UTC +04:00)
Krit sahillərində 5.3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Krit adası yaxınlığında 5.3 bal gücündə zəlzələ baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Kritdə yerləşən və təxminən 138 min insanın yaşadığı Heraklion şəhərindən 141 km cənubda, ocaği isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Bildirilir ki, dünən eyni bölgədə 4.8 bal gücündə zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti