...

ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib

Dünya xəbərləri Materials 26 May 2020 05:55 (UTC +04:00)

Bakı. Trend:

Ağ Ev son 14 günü Braziliyadan ABŞ-a gələnlərə giriş qadağası barədə sərəncamda düzəlişlər edib.

Trend-in məlumatına görə, prezident Donald Trampın administrasiyası tərəfindən dərc edilən sərəncamda qadağanın planlaşdırılan 28 may tarixindən iki gün öncə - 26 may saat 23:59-da tətbiq edilməsı bildirilir.

Daha əvvəl D.Tramp xarici vətəndaşların koronavirusun geniş yayıldığı Braziliyadan ABŞ-a girişinə məhdudiyyətlər qoyulduğu barədə deyib. Bu qərar Braziliyanın koronavirusa yoluxma hadisələri üzrə Rusiyanı ötdüyündən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti