...

MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 26 May 2020 19:26 (UTC +04:00)
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər

Bakı. Trend:

Mayın 29-da Rusiyanın Baş naziri Mixail Mişustin videokonfrans formatında MDB ölkələrinin hökumət başçıları ilə koronavirusun yayılmasına qarşı birgə səyləri müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti bildirib.

Bildirilib ki, hökumət başçılarının MDB məkanında iqtisadi əməkdaşlığın aktual məsələlərini, eləcə də yeni koronavirus infeksiyasının yayılması ilə birgə səylərini müzakirə edəcəyi güman edilir.

MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə MDB ölkələrinin ticari-iqtisadi əməkdaşlığının əsas prinsiplərini və əsas istiqamətlərini müəyyən edən 2030-cu ilədək Birliyin iqtisadi inkişaf strategiyasının layihəsinə baxılması daxildir. Görüşdən sonra nəqliyyat, enerji, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrində əməkdaşlığın inkişafı ilə bağlı ortaq sənədlərin qəbulu nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti