...

Xəzərin bu hissəsində çimərliklər açılır

Dünya xəbərləri Materials 31 May 2020 15:19 (UTC +04:00)
Xəzərin bu hissəsində çimərliklər açılır

Bakı. Elnur Bağışov - Trend:

4 iyundan etibarən İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizi çimərlikləri turistlər üçün açılacaq.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə idarəsinin baş direktoru Əli Rəcəbi deyib.

Onun sözlərinə görə, İranın Koronavirusla Milli Mübarizə Komitəsi Mazandaran vilayətində çimərliklərin açılması ilə bağlı qərarın verilməsini valiliyə həvalə edib.

Valilik rəsmisi deyib ki, turistlər sadəcə çimərliklər üçün təyin olunan ərazilərdən istifadə edə bilərlər.

“İstirahət üçün Xəzər dənizinin sahillərini seçən turistlər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar səhiyyə protokollarına və digər qaydalara riayət etməlidirlər”, – deyə o qeyd edib.

Rəcəbi əlavə edib ki, 15 sahil şəhərində səhiyyə protokolları əsasında fəaliyyətlər mərhələli şəkildə bərpa olunur.

Qeyd edək ki, İranda bu günədək (31 may) 151 466 nəfər koronavirusa yoluxub, 7 797 nəfər ölüb, 118 848 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti