...

ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

Dünya xəbərləri Materials 4 İyun 2020 11:04 (UTC +04:00)
ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

Bakı. Trend:

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılarkən öldürülmüş afroamerikalı Corc Floydun koronavirusa yoluxduğu məlum olub.

Trend-in məlumatına görə, bu barədə meyitin yarılması barədə hesabatda deyilir.

Qeyd olunur ki, C.Floydun ölümündən bir müddət əvvəl verdiyi koronavirus analizi müsbət nəticə verib.

Virus 46 yaşlı C.Floydun ölüm səbəblərindən biri kimi göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti