...

Bağdadda ABŞ hərbçilərinin olduğu baza raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 13 İyun 2020 23:27 (UTC +04:00)
Bağdadda ABŞ hərbçilərinin olduğu baza raket hücumuna məruz qalıb

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda ABŞ hərbçilərinin olduğu hərbi baza raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, naməlum şəxslər tərəfindən atılan raket bazasının ərazisinə düşüb. İnsident nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

"Al Arabiya" telekanalı öz növbəsində bildirir ki, bazanın ərazisinə iki "katyuşa" raketi düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti