...

Argentinada koronavirusa yoluxanların sayı 30 min nəfəri ötüb

Dünya xəbərləri Materials 14 İyun 2020 10:23 (UTC +04:00)
Argentinada koronavirusa yoluxanların sayı 30 min nəfəri ötüb

Bakı. Trend:

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa daha 1 531 nəfər yoluxub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 30 295 nəfərə çatıb. Onlardan 815 nəfəri vəfat edib.

Bildirilir ki, ən çox yoluxma halları ölkənin payaxtı Buenos-Ayresdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti