...

Dünyada koronavirusa yoluxanların sayı 8 milyonu keçdi

Dünya xəbərləri Materials 15 İyun 2020 13:36 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 8 milyonu keçdi

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 8 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, son sutka ərzində 23 mindən çox yeni yoluxma qeydə alınıb, ümumilikdə yoluxanların 8 milyon 7 745 nəfərə çatıb.

Yoluxma sayına liderlik hələ də ABŞ-dadır. Bu ölkədə 2 162 228 yoluxma qeydə alınıb. İkinci yerdə 867 882 nəfərlə Braziliya, üçüncü yerdə 537 210 yoluxma ilə Rusiya qərarlaşıb.

Bu günədək 435 850 nəfər virusun qurbanı olub, 4,1 milyondan çox xəstə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti