...

Ermənistanda parlamentin qarşısına polis qüvvələri və su şırnaqları cəlb edilib

Dünya xəbərləri Materials 16 İyun 2020 11:10 (UTC +04:00)
Ermənistanda parlamentin qarşısına polis qüvvələri və su şırnaqları cəlb edilib

Bakı. Trend:

Yerevanda Ermənistan parlamentinin qarşısına polis qüvvələri və su şırnaqları cəlb edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu gün parlamentdə müxalif deputat, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın deputatlıq mandatının ləğv olunması məsələsi müzakirə olunacaq.

Bir neçə gün əvvəl Q.Tsarukyan prokurorluğa çağırılaraq, seçki saxtakarlığı, mənimsəmə və vergidən yayınma ittihamları ilə bağlı ifadə verib. Bununla əlaqədar, siyasətçinin tərəfdarları ilə polis arasında toqquşma qeydə alınıb.

Hazırda Q.Tsarukyanın tərəfdarları Ermənistan parlamentinin qarşısına toplaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti