...

Türkiyədə koronavirusdan sağalanların sayı 153 min nəfəri ötüb

Dünya xəbərləri Materials 16 İyun 2020 21:44 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 153 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 842 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 467 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 181 298 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 015 nəfər olmaqla 153 379 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 46 800 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti