...

Almaniyada ət kombinatının 400 işçisi koronavirusa yoluxub

Dünya xəbərləri Materials 17 İyun 2020 19:18 (UTC +04:00)
Almaniyada ət kombinatının 400 işçisi koronavirusa yoluxub

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında ət kombinatının azı 400 işçisi koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə bölgənin rəhbərliyi bildirib.

Qeyd olunub ki, “Tönnies” ət emalı şirkətinin əməkdaşları arasında keçirilmiş 500 testdən 400-ü pozitivlə nəticələnib. Daha 500 testin nəticələri gözlənilir.

Almaniyada karantin rejiminin yumşaldılmasından sonra bir sıra ət emalı müəssisələrində yoluxma halları çoxalıb. Bununla əlaqədar həmin müəssisələrdə nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti