...

Qazaxıstanda daha 428 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Dünya xəbərləri Materials 20 İyun 2020 08:31 (UTC +04:00)
Qazaxıstanda daha 428 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 428 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 779 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 8 nəfər ölüb, 272 nəfər isə koronavirusdan sağalıb.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 10 411 nəfər sağalıb, 113 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti