...

Portuqaliyada 90 nəfər əyləncə tədbirində koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 22 İyun 2020 21:00 (UTC +04:00)
Portuqaliyada 90 nəfər əyləncə tədbirində koronavirusa yoluxdu

Bakı. Trend:

Portuqaliyanın cənubundakı Laquş şəhərində əyləncə tədbirində iştirak edən 90 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, tədbir iyunun 7-də baş tutub və burada yalnız 7 nəfərin iştirakı planlaşdırılıb. Lakin tədbirə 100-dən çox qonaq gəlib. Bununla əlaqədar klub rəhbərliyi polis çağırmalı olub. Bir müddət sonra orada iştirak edən 90 nəfərdə koronavirus aşkar edilib.

Qeyd edək ki, Portuqaliyada 20-dən çox şəxsin bir yerə toplaşması qadağandır. Bu günədək ölkədə 39 mindən çox yoluxma qeydə alınıb, 1 530 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti