...

Avstraliya aviaşirkəti 6 min əməkdaşı ixtisar edəcək

Dünya xəbərləri Materials 25 İyun 2020 14:46 (UTC +04:00)
Avstraliya aviaşirkəti 6 min əməkdaşı ixtisar edəcək

Bakı. Trend:

Avstraliyanın “Qantas” aviaşirkəti koronavirus pandemiyasından sonra bərpa proqramı çərçivəsində azı 6 min əməkdaşını ixtisar etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Alan Coys bildirib.

Bundan başqa, əsasən beynəlxalq reyslərin həyata keçirilməsi ilə məşğul olan 15 minə yaxın əməkdaş yaxın bir neçə ay ərzində iş yerlərinə qayıda bilməyəcək.

Şirkət rəhbərinin sözlərinə görə, gələn ilin iyulunadək ümumiyyətlə beynəlxalq reyslərin həyata keçirilməsi gözlənilmir. Şirkətin 100-ə yaxın təyyarəsi növbəti 12 ay ərzində fəaliyyətsiz qalacaq.

A.Coys bildirib ki, aviaşirkət böhranın fəsadlarını uzun müddət hiss edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti