...

İranda hərbi bazada qaz partlayıb

Dünya xəbərləri Materials 26 İyun 2020 06:50 (UTC +04:00)
İranda hərbi bazada qaz partlayıb

Bakı. Trend:

İranın Pardis rayonunda yerləşən hərbi baza yaxınlığında qaz partlayıb.

Trend-in məlumatına görə, bu barədə İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi deyib.

Bildirilib ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, hadisə nəticəsində hərbi qurğulara da ziyan dəyməyib.

Hazırda təcili yardım xidmətləri hərbi obyektlərin yaxınlığında partlayışdan sonra baş verən yanğını söndürməyə bacarıb.

Partlayışın səbəbləri barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti