...

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 27 İyun 2020 05:37 (UTC +04:00)
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq bizim qırıcı təyyarələrimiz HƏMAS-ın Qəzzadakı raket istehsalı sexi və silah istehsalı obyektinə zərbələr endirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti