...

Rusiyada daha 176 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 3 İyul 2020 11:45 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 667 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 718 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 667 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 859 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 437 893 nəfər virusdan sağalıb, 220 131 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti