...

Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı

Dünya xəbərləri Materials 4 İyul 2020 10:13 (UTC +04:00)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 327 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə Nazirliyinin İctimai səhiyyə idarəsinin rəisi Aynura Akmatova deyib.

Onun sözlərinə görə, Qırğızıstanda koronavirusa yoluxanların ümumi sayı 7 094 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 2 nəfər ölüb, 59 nəfər sağalıb, ölənlərin ümumi sayı 78 nəfər, sağalananların ümumi sayı isə 2 714 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti