...

Trampın məsləhətçisi koronavirusa yoluxub

Dünya xəbərləri Materials 4 İyul 2020 09:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası üzrə məsləhətçisi və oğlu Don Trampın sevgilisi Kimberli Gilfoyl koronavirusa yoluxub.

Trend-in məlumatına görə, K.Gilfoylun test nəticəsi ötən gün müsbət çıxıb.

O, ötən həftə Prezident D.Trampın Talsa şəhərində keçirdiyi mitinqdə iştirak edib. Prezidentin oğlunun test nəticəsi isə mənfi çıxıb.

Qeyd edək ki, K.Qilfoyl D.Trampın seçki kampaniyasında vəsaitlərin toplanmasına görə məsuliyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti