...

Türkiyədə meşə yanğını olub, boğaz bağlanıb

Dünya xəbərləri Materials 7 İyul 2020 18:10 (UTC +04:00)
Türkiyədə meşə yanğını olub, boğaz bağlanıb

Bakı. Trend:

Türkiyənin şimal-qərbindəki Gelibolu yarımadasında meşə yanğını baş verib.

Trend-in məlumatına görə, yanğın 450 hektardan çox ərazini əhatə edib.

Hadisə ilə əlaqədar yaxınlıqdakı kəndlərin sakinləri təxliyə edilib, Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb.

Yanğının qarşısı bir müddət sonra alınıb. Prosesə iki təyyarə, 20 helikopter, dronlar və 500-dək yanğınsöndürən cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti