Bakı. Trend:
Dünyanın ən varlı adamı Cef Bezosun sərvəti Amazon şirkətinin səhmlərinin bahalaşması fonunda rekord həddə 180 milyard dollara çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz saytında "Forbes" jurnalı bildirib.
Jurnalın hesablamalarına əsasən, çərşənbə günü "Amazon"un kapitallaşması 1,52 trilyon dollara çatıb. Beləliklə, onlayn-reteylerin səhmlərinin 11,1 faizinin sahibi olan Cef Bezosun sərvəti 181,5 milyard dolları ötüb.
Qeyd edilir ki, bu, belə statistikanın tərtib edildiyi bütün müddət ərzində rekord rəqəmlərdir.