...

Meksikada boru kəmərində partlayış baş verib

Dünya xəbərləri Materials 21 İyul 2020 02:27 (UTC +04:00)
Meksikada boru kəmərində partlayış baş verib

Bakı. Trend:

Meksikanın Posa-Rika şəhərində (Verakrus ştatı) "Pemex" neft-qaz şirkətinə məxsus boru kəmərində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə regionun mülki müdafiə idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "La-Barita rayonunda "Pemex"in boru kəmərində partlayış haqqında məlumatlar daxil olur. İlkin məlumata əsasən, partlayış nəticəsində 5 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib".

Partlayışın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti