...

Aİ liderləri pandemiyadan sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər

Dünya xəbərləri Materials 21 İyul 2020 08:13 (UTC +04:00)
Aİ liderləri pandemiyadan sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər

Bakı. Trend:

Avropa İttifaqının dövlət və hökumət başçıları 2021-2027-ci illər üçün təşkilatın büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə razılığa gəliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Fransa prezidenti Emmanuel Makron "Twitter"də razılığın əldə edilməsini tarixi gün adlandırıb: "Avropa üçün tarixi gün!".

Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın bərpa fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.

Qeyd edək ki, Avropa İttifaqının 2021-2027-ci illər üçün büdcəsi və koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası fondu üzrə sammit 5 günə yaxın davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti