...

Rusiyada son sutkada 165 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 22 İyul 2020 13:25 (UTC +04:00)
Rusiyada son sutkada 165 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutka ərzində 5 862 artıb.

Trend-in məlumatına görə, bununla ümumi yoluxma sayı 789 190-a çatıb.

Son sutka ərzində 165 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 745 nəfərə çatıb.

Rusiya yoluxma sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti