...

Argentinanın paytaxtında karantin avqustun 16-dək uzadılır

Dünya xəbərləri Materials 1 Avqust 2020 02:40 (UTC +04:00)

Bakı. Trend:

Argentina hakimiyyəti paytaxtda və onun ətrafındakı yaşayış məntəqələrində koronavirus səbəbindən tətbiq olunan karantin məhdudiyyətlərini ən az 16 avqusta qədər uzatmaq qərarına gəldi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Alberto Fernandes bəyan edib.

"Avqustun 16-na qədər tədbirlər indiki kimi qalacaq", - prezident deyib.

Martın 3-də Argentina hakimiyyəti ölkədə ilk koronavirus infeksiyasına yoluxma hadisəsini təsdiqlədi. Bu günə qədər yoluxanların sayı 185 mindən çox olub, 3,4 mindən çox insan ölüb.

Martın 20-də ölkədə ümumi karantin rejimi tətbiq olundu. İyunun 4-də A.Fernandes əksər bölgələrdə məcburi sosial təcrid rejimini daha yumşaq məhdudiyyətlərlə əvəz etdiyini açıqladı, lakin paytaxtda və onun ətraflarında karantin qaydaları dəyişmədi.

İyulun 17-də hakimiyyət Buenos Ayresdə və ətrafında məhdudiyyətlərin tədricən yumşaldılmasına başladığını elan etdi. Şəhərdə gəzintilərə 18:00-dan 10:00-a qədər icazə verildi, bərbərlər və bir çox mağaza yenidən açıldı. Uşaqları və yeniyetmələri olan valideynlərə 10:00-dan 18:00-a qədər küçədə olmağa icazə verildi. Ticarət mərkəzləri və kinoteatrlar bağlı qalır, restoran və kafelər yalnız çatdırma üçün yemər hazırlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti