...

Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Dünya xəbərləri Materials 8 Avqust 2020 15:02 (UTC +04:00)
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi

Bakı. Trend:

Niderlandın Livandakı səfirinin həyat yoldaşı Hedviq Valtsman-Molier bir neçə gün əvvəl baş vermiş partlayış nəticəsində aldığı ağır yaralar nəticəsində vəfat edib.

Trend-in məlumatına görə, bunu Niderlandın Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticisəndə H.Valtsman Molierin ağır yaralandığı bildirilmişdi. Ondan başqa, səfirliyin daha dörd əməkdaşı xəsarətlər almışdı.

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Onlardan 25 nəfərinin şəxsiyyəti müəyyənləşdirilməyib.

Partlayışa 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarda qaynaq işləri zamanı baş verən yanğının səbəb olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti